Messinin vida matçı: Benin yığmasını aldatdılar

saytların hazırlanması

Evə çatdırılma

Messinin vida matçı: Benin yığmasını aldatdılar

İdman

08 Oktyabr 2026 13:12 79


Messinin Argentina milli komandasındakı unudulmaz vida matçından sonra rəqib Benin böyük problemlə qarşılaşıb.

“Yeni Sabah” xəbər verir ki, qarşılaşmadan sonra Afrika təmsilçisinə nə vəd olunan maliyyə şərtləri əməl olunub, nə də adi idman ehtiramı göstərilib.

Benin yığmasına oyun üçün nəzərdə tutulan bonus ödənişləri verilməyib və matçın gəlirlərindən heç bir pay ayrılmayıb. Maliyyə problemləri ilə yanaşı, futbolçuların qarşılaşmadan sonra forma mübadiləsi aparmasına, Argentina ulduzları ilə şəkil çəkdirməsinə və hətta onların paltardəyişmə otağının yerləşdiyi dəhlizə daxil olmasına kəskin qadağa qoyulub. pizza sifarişi

Yaranan biabırçı vəziyyətlə bağlı Benin millisinin baş məşqçisi Qernot Ror kəskin bəyanat verib:

"Yeganə pis məqam argentinalıların bizə heç nə verməməsi idi. Nə Messi ilə foto çəkdirə bildik, nə də forma ala bildik. Hətta koridora daxil olmağımıza belə icazə vermədilər. Təhlükəsizlik əməkdaşları hamını geri qaytarırdı".

Tarixi vida matçından sonra baş verən bu hadisə futbol ictimaiyyətində və beynəlxalq idman mediasında ciddi narazılıq və təəssüf doğurub.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!