“Meta” 18 milyard dollar cərimə ödəyəcək

saytların hazırlanması

Evə çatdırılma

“Meta” 18 milyard dollar cərimə ödəyəcək

Rəqəmsal

29 Avqust 2026 19:48 86


"Meta Platforms" sosial mediada uşaqlarda asılılıq yaradan alqoritmlər formalaşdırdığına görə ABŞ ştatları tərəfindən irəli sürülən kütləvi iddialarla razılığa gəlib.

“Yeni Sabah” “Reuters”ə istinadən xəbər verir ki, şirkət növbəti 10 il ərzində 18 milyard dollar kompensasiya ödəməyi və yeniyetmə istifadəçilər üçün ciddi qadağalar tətbiq etməyi öhdəsinə götürüb. Ştatların ümumilikdə 200 milyard dollara yaxın təzminat tələb etdiyi məhkəmə çəkişməsi tərəflərin razılaşması ilə başa çatıb. Qərara əsasən, "Meta" hər hansı hüquq pozuntusunu rəsmən boynuna almasa da, bu razılaşma üçün ödəyəcəyi məbləğ şirkətin təxminən bir aylıq gəlirinə bərabərdir. Mütəxəssislər bu addımı sosial media giqantlarına qarşı açılmış minlərlə oxşar iddia üçün tarixi nümunə kimi dəyərləndirirlər.

Təsdiqlənən qaydalara əsasən, valideyn icazəsi olmayan yeniyetmələr üçün "Facebook" və "Instagram" platformalarında istifadə müddəti günlük maksimal 2 saatla hədlənəcək, gecə saat 00:00-dan səhər 06:00-dək tətbiqlərə giriş tam bloklanacaq və dərs saatlarında (08:00 - 15:00) istifadəçilərə heç bir bildiriş göndərilməyəcək. Bununla belə, razılaşma şirkətin əsas gəlir mənbəyi olan hədəflənmiş reklamları və fərdi alqoritm tövsiyələrini tamamilə qadağan etmir. pizza sifarişi

Qeyd olunur ki, "TikTok", "YouTube" və "Snapchat" kimi digər platformalar da oxşar addımlar atarsa, yeniyetmələrə qarşı qaydalar daha da sərtləşdirilə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!