Azərbaycanda meyvə-tərəvəzlə bağlı   VACİB XƏBƏR

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda meyvə-tərəvəzlə bağlı VACİB XƏBƏR

İqtisadiyyat

05 Sentyabr 2026 12:45 26


Azərbaycanın tərəvəz və meyvə idxalında bu ilin ilk 7 ayının nəticələrinə əsasən diqqətçəkən dinamika qeydə alınıb.

“Yeni Sabah” xəbər verir ki,  ötən ilin eyni dövrü ilə müqayisədə xaricdən gətirilən məhsulun fiziki çəkisi azalsa da, ödənilən ümumi məbləğ və məhsulların orta ton qiyməti yüksəlib.

Rəsmi göstəricilərə görə, 2026-cı ilin yanvar-iyul aylarında ölkəyə 214 min 638.78 ton meyvə-tərəvəz idxal olunub və bu əməliyyatların statistik dəyəri 193 milyon 664.32 min dollar (ümumi idxalın 1.96%-i) təşkil edib. pizza hut

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin müvafiq dövründə 248 min 470.81 ton meyvə-tərəvəz gətirilmişdi və həmin idxalın dəyəri 191 milyon 481.82 min dollar (ümumi idxalın 1.41%-i) olmuşdu. Rəqəmlər göstərir ki, ölkəyə təxminən 33.8 min ton daha az məhsul daxil olsa da, xaricə ödənilən vəsait 2.18 milyon dollar artıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!