Mikayıl Cabbarov Çin nəhənginin rəhbəri ilə bir araya gəldi

saytların hazırlanması

Evə çatdırılma

Mikayıl Cabbarov Çin nəhənginin rəhbəri ilə bir araya gəldi

İqtisadiyyat

11 Sentyabr 2026 10:08 83


Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin tanınmış “China National Chemical Engineering & Construction Corporation Seven” (CC7) alt-strukturları üzrə İdarə Heyətinin sədri Lunq Xayyang ilə işgüzar görüş keçirib.

“Yeni Sabah” xəbər verir ki, müzakirələrin diqqət mərkəzində həm ölkə daxilində, həm də üçüncü dövlətlərin ərazisində neft və neft-kimya sahələrində birgə fəaliyyətin genişləndirilməsi dayanıb.

Görüş zamanı icrası davam edən layihələrin mövcud durumu təhlil edilib, növbəti addımların atılması və tərəfdaşlığın daha da dərinləşdirilməsi imkanları nəzərdən keçirilib. pizza

Eyni zamanda, layihələrin effektivliyi üçün digər tərəfdaş qurumlar və maliyyə təşkilatları ilə sıx əlaqələrin qurulmasının önəmi diqqətə çatdırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!