Xəbər verdiyimiz kimi PFL yeni bəyanatında qeyd edib ki, “Neftçi”- “Qarabağ” matçında ictimai asayişi pozan, təhqirlərə yol verən, qıcıqlandırıcı pankartlar açan azarkeşlər hüquqi müstəvidə cəzalandırılacaq. Digər məsələləri bir kənara qoyuruq. Baxmayaraq ki, hamısı gülüncdür. Qıcıqlandırıcı pankartlar açan şəxslər niyə cəzlandırılmalıdır? Hansı əsasla?
Ancaq Azərbaycanda peşəkar qrum belə qərar verə, bəyanat yaya bilərdi. Onsuz da, bu Azərbaycan futbolunun üstünə benzin töküb, bir kibriti də ardınca çəkmisiz. Barı, imkan verin, azarkeşlər yıxıla-yıxıla gəzən futbolumuzu canlandırsınlar. Anlamaq lazımdır, bu bütün dünya ölkələrində var. Düşünün ki, “Liverpul” – “Mançestr Siti” oynayacaq. Əvvəlcədən bəyanat verilir ki, azarkeşlərə filan şey olmaz. Gülərlər. Vallah gülərlər.
Başqa vaxt azarkeşlər azdır deyib, dad-imdad edirsiniz. Az olar da. Qalan, gələn bir qismə ac canavar kimi baxırsınız. Hər an parçalamağa, hər an yeməyə hazır. Pepperoni pizza
Bir də məsələyə digər yandan baxaq. Neçə gündür, davam edən müzakirələr fonunda PFL matçın Bakcell Arenada keçirilməsi qərarını dəyişmədi. Niyə? Çünki bunun necə etirazlara səbəb olacağını çox gözəl anlayırdı. Amma üstündən bir neçə gün keçəndən sonra belə bəyanat yaydı. Hansıki 5 yaşındakı uşağa desən, qəh-qəhə çəkər. İndi bir də siz nəzər yetirin, bu məntiqsizliyə. Görünür, PFL-ə yuxarılardan “yağlı” əmr gəlib. Onlar da sən qul, mən qul deyib razılıq veriblər. Kim olsa, bu cür anlayar. Çünki heç bir səbəb deyilmədən bu cür açıqlama verilməsi ancaq belə fikir yarada bilər.
Təsəvvür edin, çempionun bəlli olduğu bir oyunda azarkeşlərə deyilir ki, siz bunu etməyin, onu etməyin. Bəs, azarkeş yazıq niyə gedir o matça? Oturub tum çırtdamağa? Ya iftar verəcəksiniz? Yoxsa, Üzeyir Mehdizadəni çağırıb hamını əyləndirmək fikiriniz var? Yox! Siz sadəcə, and içmisiniz. And içmisiniz ki, son nəfəsimizə qədər bu ölkədə futbola aid olan-qalan hər şeyi yox edəcəyik, didəcəyik. Nail olursunuz. Bezdirmisiniz, iyrəndirmisiniz azarkeşləri tribunadan, milləti futboldan. Rahat-rahat yata bilərsiniz. Futbolumuzu ömürlük yatızdırdığınız kimi.
Naibə Məmmədova
Telegram kanalımız