Millimizin üzvü İspaniyada meydana çıxdı  - Foto
03 İyl 2020 11:22
490

Millimizin üzvü İspaniyada meydana çıxdı - Foto

İspaniya 2-ci liqasında 37-ci turun oyunları keçirilib.

Yenisabah.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi "Albasete”  doğma meydanda “Alkorkon”u qəbul edib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

İsrafilov da bu oyunda əsas heyətdə meydana çıxıb. Məşğçi onu 46-cı dəqiqədə komanda yoldaşı ilə əvəzləyib.

“Albasete” hazırda 44 xalla 22 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.

 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər