“Həyatımda elə vaxtlar olub ki, ətrafımda hər şey yaxşı görünürdü, amma daxilimdə çoxlu suallar və mübarizə vardı. Kiməm? Hara gedirəm? Sonu nə olacaq? Bütün bunların mənası nədir?”
“Yeni Sabah” xəbər verir ki, bunu Xalq artisti Miri Yusif bildirib.
O qeyd edib ki, insanın ən böyük rəqibi öz qorxularıdır: Marqarita pizza
“Bir vaxtlar düşünürdüm ki, insanın ən böyük düşməni qarşısındakı adamlardır. Sonra başa düşdüm ki, elə deyil. İnsanın ən böyük rəqibi öz qorxularıdır. Qorxunu məbluğ etmək cəsarət deyil, ona baxıb öz yolunu davam etmək cəsarətdir”.
Xalq artisti fobiyalarından da söz açıb:
“Əvvəllər yüksəklik fobiyam var idi və onunla mübarizə aparmaq üçün dağlara dırmaşmağa başladım. Özümə deyirdim ki, səni öldürəcəm, qəlbimdə yaşamazsan. Bu cür fobiyalar və qorxular qarşıma çıxanda deyirdim ki, səni yox edərəm”.
Aydan Hacı
Telegram kanalımız