Luka Modriçin qızı Ema Modriç Madrid “Real”ının akademiyasına qəbul olunub.
"Yeni Sabah" xəbər verir ki, 13 yaşlı Ema daha əvvəl “Milan”ın U-13 komandasında çıxış edib.
O, 2026-cı ilin yazında Turin şəhərində keçirilən “Coppa Garino” turnirində komandasının çempion olmasına kömək edib. “Milan” yarımfinalda “İnter”i, finalda isə “Yuventus”u məğlub edib. Sezar pizza
Ema ailəsi İtaliyaya köçməzdən əvvəl də “Real”ın strukturunda məşq edib. Lakin həmin vaxt klubun akademiyasında onun yaş qrupuna uyğun qadın komandası olmadığı üçün kollektivə qoşula bilməyib.
40 yaşlı Luka Modriç 2012-2025-ci illərdə “Real”da çıxış edib. Xorvatiyalı yarımmüdafiəçi ötən ildən “Milan”ın formasını geyinir.
Telegram kanalımız