Montella nikbin danışdı

saytların hazırlanması

Evə çatdırılma

Montella nikbin danışdı

İdman

06 Oktyabr 2026 13:29 64


Türkiyə milli komandasının baş məşqçisi Vinçenso Montella İtaliya seçməsinə qarşı keçirilən gərgin qarşılaşmadakı məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırarkən komandasının gələcəyinə böyük ümidlə baxdığını bildirib.

“Yeni Sabah” xəbər verir ki, təcrübəli mütəxəssis bu tür yüksək səviyyəli sınaqların komandanın inkişafı üçün vacib olduğunu və kollektivdə hər hansı sistem və ya oyun böhranının olmadığını vurğulayıb. Rəqib qapısı qarşısında kifayət qədər təhlükəli epizodlar yaratdıqlarını qeyd edən Montella, əsas çatışmazlığın yalnız imkanlardan yararlanmaq və qol vurmaq olduğunu diqqətə çatdırıb.

Milli komandanın sükanı arxasında keçirdiyi 3 illik fəaliyyətə nəzər salan italyan çalışdırıcı bu müddət ərzində futbolçuların böyük fədakarlıq göstərərək inanılmaz işlər gördüklərini xüsusi qeyd edib. Özünü daim inkişaf etdirməyə çalışan bir mütəxəssis kimi fəaliyyətini davam etdirəcəyini bildirən Montella, müxtəlif yerlərdən cazibədar təkliflər almasına baxmayaraq, Türkiyədə qaldığı üçün qürur və xoşbəxtlik duyduğunu, futbolçularına sonadək güvəndiyini vurğulayıb. Sezar pizza

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!