Moskvada ermənilərlə azərbaycanlılar arasında qarşıdurma: 30 nəfər həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Moskvada ermənilərlə azərbaycanlılar arasında qarşıdurma: 30 nəfər həbs edildi

Kriminal

26 İyul 2020 08:27 1656


Moskvada kütləvi dava iştirakçılarının 30-dan çoxu həbs edilib. Onların 5 il ərzində Rusiyaya girişi qadağan ediləcək.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva Baş İdarəsinin saytında məlumat verilib. Saxlanılanlar "xırda xuliqanlıq" maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib. Onlara qarşı xuliqanlıq və soyğunçuluq şübhəsi ilə cinayət işi başlanılıb.

"RİA Novosti"nin hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən verdiyi xəbərə görə, söhbət ermənilər və azərbaycanlılar arasındakı münaqişədən gedir. Rəsmi olaraq Moskva polisi rəsmi olaraq bu məlumatı şərh etmir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!