MTK-ların sakinlərə qaraj oyunu: Satmaq, kirayə vermək qanunsuz imiş

saytların hazırlanması

Evə çatdırılma

MTK-ların sakinlərə qaraj oyunu: Satmaq, kirayə vermək qanunsuz imiş

Sosial

09 Oktyabr 2026 17:09 256


“Yeni binaların altında yerləşən qarajlar ilk növbədə həmin binanın sakinləri üçün nəzərdə tutulub. Əgər vətəndaşa mənzil satılırsa, onun avtomobilini saxlalaması üçün də müvafiq parkinq yeri nəzərdə tutulmalıdır. Başqa sözlə, mənzil satan tərəf sakinin avtomobil saxlaması üçün də şərait yaratmağa borcludur”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasın Əmlak məsələləri üzrə ekspert Anar Nəsirov bildirib.

Onun sözlərinə görə, çox vaxt mənzil-tikinti kooperativləri (MTK) bu sahəni əlavə gəlir mənbəyi kimi görür və qarajları fantastik qiymətlərə satır və ya icarəyə verirlər: Dominos pizza

“Hüquqi baxımdan bu yanaşma tamamilə yolverilməzdir. Çünki həmin ərazi müstəqil obyekt deyil, binada yaşayan sakinlərin ortaq istifadəsi üçün nəzərdə tutulmuş sahədir. Ölkədə bu sahəyə adekvat nəzarət mexanizminin olmaması səbəbindən MTK-lar parkinq yerlərinə istədikləri qiyməti qoyaraq satışa çıxarırlar.

İşin digər tərəfi isə toplanan vəsaitlərin taleyidir. Qaraj satışından və ya icarəsindən əldə olunan gəlirlər dövlət büdcəsinə ödənilmir, birbaşa MTK-ların və ya həmin ərazini idarə edən şəxslərin cibinə axır.

Bu gün yeraltı parkinq gəlirlərindən dövlət büdcəsinə vergi ödəyən subyektlərin sayı barmaqla sayılacaq qədər azdır. Azərbaycan qanunvericiliyinə əsasən, binaların bu cür ortaq istifadə sahələri ayrıca satıla və ya kommersiya məqsədilə icarəyə verilə bilməz”.

Ekspert qeyd edib ki, sakinlərin özünüidarəetmə formasını seçdiyi binalarda vəziyyət nisbətən fərqlidir:

“MTK binadan kənarlaşdırıldıqdan sonra sakinlərin səsverməsi ilə idarəedici heyət, sədr və ya MMC təsis olunursa, parkinq üçün tələb olunan məbləğ simvolik xarakter daşıyır. Bu da tamamilə təbii haldır, çünki binanın saxlanılması, təmizliyi və təhlükəsizliyi müəyyən xərc tələb edir.

Lakin ayda 200–300 manat kimi şişirdilmiş məbləğlərin tələb olunması yaşayış binasının açıq-aşkar ticarət obyektinə çevrilməsi deməkdir. Xidmət müqaviləsi bağlanarkən həyətin, pilləkənlərin və liftlərin təmizlənməsi, təmiri kimi kommunal xidmətlər bura daxil edilir.

Sakinlərin ödədikləri xidmət haqqı isə bu işləri görən personalın əməkhaqqını qarşılamalıdır. MTK-lar bu sistemdən həm işçilərin maaşını ödəmək, həm də özlərinə qanunsuz əlavə mənfəət götürmək üçün istifadə edirlər. Sakinlərin idarə etdiyi binalarda isə yığılan simvolik vəsait birbaşa binada sıradan çıxan avadanlıqların bərpasına və təmir işlərinə yönəldilir”.

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!