“Müəllimlərin geyimi indi yadlarına düşüb?!” - İctimai müzakirə

saytların hazırlanması

Evə çatdırılma

“Müəllimlərin geyimi indi yadlarına düşüb?!” - İctimai müzakirə

Sosial

17 İyun 2026 10:26 344


“Emin Əmrullayev nazir olandan sonra heç məktəbli formasını düzgün müəyyənləşdirə bilməyib, hərə bir cür geyinir. İndi müəllimlər üçün vahid geyim formasını necə yaradacaq, - bilmirəm”.

Bunu “Yeni Sabah”a təhsil eksperti Etibar Əliyev deyib.

Onun fikrincə, müəllim fərqli geyinməlidir: pizza sifarişi

“Yəni kənardan baxanda onun müəllim olduğu seçilməlidir. Lakin hazırda məktəb sistemində nizamsızlıq baş alıb gedir. Uşaqlar məktəbə gəlmir, müəllim istədiyi vaxtı seçir. Müəllimlərin geyimi indi yadlarına düşüb?!

Orta məktəblərdə müəllimlərin 85 faizi qadındır. Onlar üçün vahid forma prosesi kimlərinsə emalatxanalarını işə salacaq, son nəticədə müəlimlərə keyfiyyətsiz məhsul sırıyacaqlar”.

E.Əliyev qeyd edib: “Qızlar üçün olan məktəb formaları şalvar və ətəkdən ibarətdir. Düşünürəm ki, müəllimlərlə bağlı şalvar məsələsi bir az mürəkkəbdir. Kişi müəllimlərin sayı çox azdır. Ona görə geyim seçərkən əsasən qadınları nəzərə alsalar, yaxşı olar. Bunun üçün əvvəlcə ictimai müzakirələr aparılmalıdır. Lakin düşünürəm ki, heç bu rəyləri də qəbul etməyəcəklər. Elm və Təhsil Nazirliyi nə məktublara baxır, nə də rəyləri nəzərə alır. Hazırda müəllim də, təhsil də süni xarakter daşıyır. Geyim məsələsi də belə süni olacaq”.

Xatırlatma: təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır. Bu, Milli Məclisin Elm və Təhsil komitəsinin iyunun 16-da keçirilən iclasında müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!