Bu ilin ilk 8 ayında Naxçıvan Muxtar Respublikasında vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edənlərin sayı 30 mini ötüb.
“Yeni Sabah” xəbər verir ki, Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, yanvar-avqust aylarında xidmət mərkəzlərində ümumilikdə 30 749 şəxs qəbul edilib.
Hesabat dövründə vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı müraciətlərin cavablandırılması, vergi uçotu və qeydiyyat, bəyannamələrin qəbulu, cari vergi ödənişləri və digər istiqamətlər üzrə 45 098 xidmət göstərilib. Sezar pizza
Göstərilən xidmətlərin ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz artıb.
Məlumata əsasən, xidmətlərin 82 faizi 9 əsas xidmət növünün payına düşüb. Bunlara vergi bəyannamələrinin və cari vergi ödənişləri ilə bağlı arayışların təqdim edilməsi, sadələşdirilmiş vergi üzrə sabit məbləğ və sosial ödənişlərə dair qəbzlərin verilməsi, “ASAN İmza” sertifikatlarının rəsmiləşdirilməsi daxildir.
Həmçinin fiziki şəxslərin vergi uçotuna alınması və uçotdan çıxarılması, uçot məlumatlarının yenilənməsi, müxtəlif arayışların verilməsi, fəaliyyətin bərpası və əmək müqavilələri üzrə elektron informasiya sistemində əməliyyatların aparılması ən çox göstərilən xidmətlər sırasında olub.
Bundan başqa, yanvar-may aylarında vergi ödəyicilərinə məlumat xarakterli 844 490 bildiriş və məktub göndərilib. Bu müddətdə 81 görüş keçirilib və 464 ünvanlı xidmət göstərilib.
Eyni dövrdə 3 111 müraciət əsasında vergi ödəyicilərinə ümumilikdə 5 310 “ASAN İmza” sertifikatı təqdim olunub.
Telegram kanalımız