Nazir 20 ilin prorektorunu işdən çıxardı

saytların hazırlanması

Evə çatdırılma

Nazir 20 ilin prorektorunu işdən çıxardı

Sosial

02 Oktyabr 2026 15:35 481


Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda prorektor dəyişikliyi olub.

“Yeni Sabah” xəbər verir ki, Ölkə.az-ın əldə etdiyi xəbərə görə, bu barədə səhiyyə naziri Teymur Musayev müvafiq əmrlər imzalayıb. 

Əmrə əsasən, institutun elmi işlər üzrə prorektoru, dosent Məmmədəli Meybəliyev vəzifəsindən azad olunub. O, 2006-cı ildən həmin vəzifədə çalışırdı. Dördpendirli pizza

Nazirin digər əmri ilə əczaçılıq elmləri doktoru, professor Cəmilə Yusifova Həkimləri Təkmilləşdirmə İnstitutunun elmi işlər üzrə prorektoru təyin edilib. 

Xatırladaq ki, Cəmilə Yusif qızı Yusifova son təyinata qədər Azərbaycan Tibb Universitetinin Əczaçılıq kimyası kafedrasının professoru vəzifəsində işləyib.

Qeyd edək ki, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Səhiyyə Nazirliyinin tabeliyindədir. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!