Nazir dərslikdən narazıdır, ekspertlər dərs proqramından: “Valideynlər belə çətinlik çəkir”

saytların hazırlanması

Evə çatdırılma

Nazir dərslikdən narazıdır, ekspertlər dərs proqramından: “Valideynlər belə çətinlik çəkir”

Sosial

23 İyun 2026 12:45 399


“Hazırda humanitar sahə üzrə istifadədə olan dərsiklərin bir çox məhdud cəhətləri varr. Şagirdin müstəqil şəkildə dərsliyin məzmununu öyrənməsi mümkün deyil”.

Bu sözləri “Yeni Sabah”a təhsil eksperti Cahid İmanlı deyib.

O vurğulayıb ki, ən böyük problem dərslik yox, dərs proqramlarıdır: pizza hut

“Dərsliklərdə ziddiyyətli faktların olması, dərsliklərin dilinin şagirdin yaş səviyyəsinə uyğun olmaması, hətta bəzi məqamlarda müəllimlərin fikirləri anlamanı qeyri- mümkün edir.

Yaxşı olardı ki, ilk növbədə dərs proqramlarına yeni baxış gətirilsin, daha sonra  dərsliklər beynılxalq standartlar səviyyəsinə uyğunlaşdırılsın”.

Digər ekspert Ramin Nurəliyev bildirib ki, təhsil sistemində köklü dəyişikliklərə ehtiyac var:

“Birincisi, dərsliklər şagirdlərin səviyyəsinə uyğun deyil. Xüsusən, aşağı siniflərdə olduqca çətin tapşırıqlar var və bu tapşırıqları valideynlər belə həll etməkdə çətinlik çəkirlər.

Elm və Təhsil Nazirliyi yeni peşəyönümlü təhsil müəssisələri – təmayüllü məktəblər yaradıb. Məqsəd şagirdlərin orta məktəblərin dərslikləri əsasında ali təhsil müəssisələrinə qəbul olmaq imkanlarını formalaşdırmaq idi. Dövlət İmtahan Mərkəzi (DİM) imtahan proqramına 5-ci sinifdən 11-ci sinifədək olan bütün mövzulardan daxil edir. Amma şagird 5-ci sinifdə fonetikanı, 6-cı sinifdə leksikanı, 7-ci sinifdə isə feili söz birləşmələrini keçirsə, 10-11-ci sinifdə universitetə hazırlıq dövründə həmin mövzuları görmür, yəni təkralaya bilmir, ona görə də onları unudur. Ona görə də əsas məsələ, təhsil sisteminin dəyişməsidir”.

R.Nurəliyev əlavə edib ki, təhsildə Türkiyə modelinin tətbiqi məqsədəuyğundur:

“Həmin modelə görə, 1-4-cü sinifədək ibtidai təhsil, 5-9 sinif icbari təhsil formasıdır. 9-cu sinifdə şagirdlər peşəyönümlü imtahan verirlər. Daha sonra isə humanitar, texniki və dəqiq fənlər üzrə bölünürlər.

Beləliklə, şagirdlər 10, 11 və 12-ci sinifləri sırf universitetə hazırlıq istiqamətində çalışır.

Bu gün Azərbaycanda orta ümumitəhsil məktəbinin müəllimi verilən proqram üzərində nə qədər düzgün tədris prosesini həyata keçirsə də, şagirdlər universitetə qəbul ola bilmir və orta məktəbdən yayınmağa çalışır. Alternativ olaraq, ya repetitor yanına, ya da hazırlıq kursuna gedir. Bunun səbəbi tədris proqramının düzgün qurulmamasıdır. Məsələn 10-11-ci sinifdə təhsil alan şagird qəbul proqramının sadəcə 5 faizini görür. Məhz buna görə də, Azərbaycanda tədris proqramları və dərsliklər tamamilə dəyişdirilməlidir”.

Xatırlatma: elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, orta məktəb dərsliklərində ciddi məzmun problemi var: “Dərsliklərdə hərf səhvləri həmişə olub. Məncə, bundan sonra da olacaq. Həm də çox qeyri-müəyyən saylardan danışırıq. Səhv deyəndə neçə səhvdən söhbət gedir? Mənə görə, riyazi olaraq, çox vacibdir ki, neçə səhifə dərslik çap olunur və onun neçəsində səhv var? Amma məndən soruşsanız ki, dərsliklərdə problem varmı? Bəli, dərsliklərdə ciddi problemlər var”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!