Nazir onu departament müdiri təyin etdi

saytların hazırlanması

Evə çatdırılma

Nazir onu departament müdiri təyin etdi

İqtisadiyyat

14 Sentyabr 2026 09:40 493


Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC-də yeni təyinat olub.

“Yeni Sabah” İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Fuad Əliyev “Aqrar Tədarük və Təchizat” ASC-nin İnzibati idarəetmə departamentinin direktoru vəzifəsinə təyin edilib. Dominos pizza

Qeyd edək ki, F.Əliyev yeni təyinata qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Bakı Taksi Xidməti” MMC-nin baş direktoru vəzifəsində çalışıb.

Yeni təyinat çərçivəsində Fuad Əliyevin inzibati idarəetmə və təşkilati proseslərin təkmilləşdirilməsi, idarəetmənin səmərəliliyinin artırılması və qurumun qarşıya qoyduğu strateji hədəflərin həyata keçirilməsinə töhfə verməsi nəzərdə tutulur.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!