Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində yeni təyinat olub.
“Yeni Sabah" xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun Əmri ilə Fuad Məmmədov Agentlik sədrinin müavini vəzifəsinə təyin olunub.
Qeyd edək ki, F.Məmmədov 2010-2014-cü illərdə “Azersun Holding”də müxtəlif istehsalat müəssisələrində Proseslərə Nəzarət üzrə mühəndis və baş mühəndis vəzifələrində çalışıb. 2014-2017-ci illərdə “Azersun Holding”də Süd istehsalı üzrə menecer, 2017-2024-cü illərdə Süd zavodunun direktoru vəzifəsində fəaliyyət göstərib. pizza sifarişi
2024-cü ilin oktyabrından 2026-cı ilin iyun ayınadək “Azersun Holding”in Süd Məhsulları Biznes Sahəsinin direktoru vəzifəsində çalışıb.
Azərbaycan Respublikasının iqtisadi inkişafına verdiyi töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətinə görə Prezidentin müvafiq Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilib.
Xatırladaq ki, bundan öncə nazir M.Məmmədov Ramil Əzməmmədov və Ayaz Museyibovu özünə müşavir təyin etmişdi.
Telegram kanalımız