Nazirdən müəllimlərlə bağlı paylaşım

saytların hazırlanması

Evə çatdırılma

Nazirdən müəllimlərlə bağlı paylaşım

Sosial

05 Oktyabr 2026 10:02 104


Elm və təhsil naziri Emin Əmrullayev 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlərə müraciət ünvanlayıb.

"Yeni Sabah" xəbər verir ki, Emin Əmrullayev sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib.

Emin Əmrullayev müəllimliyin ən çətin, eyni zamanda ən şərəfli peşələrdən biri olduğunu vurğulayıb. Marqarita pizza

“Bu peşənin əsas missiyası yalnız bilik vermək deyil, savadlı və məsuliyyətli nəsillər yetişdirməkdir. Gənc nəslin cəmiyyətdə layiqli yer tutmasında və vətənpərvər vətəndaş kimi formalaşmasında sizin fədakar əməyiniz danılmazdır”, – deyə nazir bildirib.

Nazir müəllimlərə təşəkkürünü çatdıraraq, onlara işlərində uğurlar və əməyinin nəticələrindən daim qürur duymağı arzulayıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!