“Nə cərimə yazırlarsa, yazsınlar, pulum yoxdur”

saytların hazırlanması

Evə çatdırılma

“Nə cərimə yazırlarsa, yazsınlar, pulum yoxdur”

Sosial

08 Oktyabr 2026 15:38 76


Rəşid Mahmudov Elza Seyidcahana 500 manat ödəməli olması barədə məhkəmə qərarına münasibət bildirib.

"Yeni Sabah" bakıvaxtı.az-a istindla xəbər verir ki, tibb elmləri namizədi qərardan xəbərsiz olduğunu deyib:

"Yasamal Rayon Məhkəməsi niyə məni çağırmayıb? Nə cərimə yazırlarsa, yazsınlar, pulum yoxdur. Mən demişəm, sözümün arxasındayam. Düz söz demək olmur. Sən özünü başqasından üstün sayırsansa, bu, dəlilik əlamətidir. Kitablarda da yazılıb. Dediyim fikirdə də qalıram". Dominos pizza

Xatırlatma: Əməkdar artist Elza Seyidcahanın (Qasımova) tibb elmləri namizədi Rəşid Mahmudova qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib. Mülki iddiaya Yasamal rayon Məhkəməsində hakim Fuad Hüseynovun sədrliyi ilə baxılıb.

Prosesdə Elza Seyidcahanın vəkili Elşən Behbudov mülki iddianın təmin olunmasını məhkəmədən xahiş edib. Məhkəmə ddianın qismən təmin edilməsi barədə qərar qəbul edib. Qərara əsasən, Rəşid Mahmudov Elza Seyidcahana mənəvi ziyana görə 500 manat məbləğində vəsait ödəməlidir.

E.Seyidcahan Rəşid Mahmudovun efirdə onun barəsində təhqiramiz ifadə işlətdiyini iddia edərək məhkəməyə müraciət edib. O, Rəşid Mahmudovun mənəvi zərərə görə ona 10 min manat ödəməsini istəyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!