7 Oktyabr - 01:12
“Neftçi” Gürcüstan millisinin hücumçusunu transfer etdi

“Neftçi” Gürcüstan millisinin hücumçusunu transfer etdi

İdman

09 Avqust 2022 01:32 828


"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.

Yenisabah.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Gürcüstan millisinin hücumçusu Vato Arveladzeni transfer edib.

24 yaşlı forvardla 1+1 illik müqavilə imzalanıb. Arveladze yeni komandasında 18 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Vato Arveladze daha əvvəl ölkəsinin "Sasko", "Lokomotiv" (Tbilisi), Türkiyənin "Kasımpaşa", "Fatih Karagümrük" və Polşanın "Korona" klublarında çıxış edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!