“Neftçi” xorvatiyalı futbolçunu heyətinə qatdı

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi” xorvatiyalı futbolçunu heyətinə qatdı

İdman

31 Avqust 2026 21:56 118


"Neftçi" xorvatiyalı futbolçu ilə müqavilə bağlayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bildirilib ki, xorvatiyalı Viçko Şevel "Neftçi"nin yeni üzvü olub. Pepperoni pizza

25 yaşlı dayaq yarımmüdafiəçisi ilə üçillik müqavilə imzalanıb. O, "Neftçi"də 88 nömrəli formanı geyinəcək.

Əsas mövqeyi ilə yanaşı, müdafiənin mərkəzində və sağ cinahında da oynaya bilən Viçko Xorvatiya, Bosniya və Herseqovina, Rusiya, Sloveniya və Şotlandiya klublarında çıxış edib.

Onun son klubu "Dandi Yunayted" olub. Futbolçu ötən mövsüm komandanın heyətində ümumilikdə 40 matçda meydana çıxıb və üç məhsuldar ötürmə ilə yadda qalıb.

Viçko Şevel 2026/27 mövsümündə Şotlandiya çempionatının ilk üç turunun hamısında, Şotlandiya Liqa Kubokunda isə beş oyunun hamısında forma geyinib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!