“Neftçi”nin səfər proqramı müəyyənləşdi

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi”nin səfər proqramı müəyyənləşdi

İdman

27 İyul 2026 15:55 100


"Neftçi"nin Belarusun "Dinamo" (Minsk) klubuna qarşı cavab oyunu üçün səfər proqramı müəyyənləşib.

"Yeni Sabah" xəbər verir ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsində baş tutacaq oyun üçün "ağ-qaralar"iyulun 29-da, səhər saatlarında Bolqarıstana yola düşəcək.

Baş məşqçi Yuri Vernidubun mətbuat konfransı keçiriləcək və komandanın media üçün açıq məşqi baş tutacaq. Toyuqlu pizza

"Dinamo" (Minsk) – "Neftçi" görüşü ertəsi gün keçiriləcək. Qarşılaşma Bolqarıstanın Stara Zaqora şəhərindəki "Beroe Siti" stadionunda, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Belarus təmsilçisi Bakıdakı ilk oyunda 4:2 hesablı qələbə qazanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!