“Neftçi”nin stadionu adsız qalıb.
Yenisabah.az xəbər verir ki, “Misli Premyer Liqası”nda mübarizə aparan paytaxt təmsilçisi “Neftçi”nin ev oyunlarını keçirdiyi 8-ci kilometr qəsəbə stadionu bu gündən etibarən “Bakcell Arena” adlanmayacaq.
AFFA ilə uzunmüddətli əməkdaşlıq müqaviləsi fevralın son günü başa çatıb. Anlaşmanın müddətinin artırılması isə mümkün olmayıb.
Hazırda komanda stadiona ad verilməsi üçün yeni sponsor axtarışlarına çıxıb.
Telegram kanalımız