“Nənələr” folklor klubu üzvünün oğlu Ukraynada öldürüldü

saytların hazırlanması

Evə çatdırılma

“Nənələr” folklor klubu üzvünün oğlu Ukraynada öldürüldü

Sosial

07 Oktyabr 2026 12:05 118


Rusiya-Ukrayna müharibəsində daha bir azərbayacnlı ölüb.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, müharibəyə həkim kimi qatılan Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev dron hücumu zamanı öldürülüb.

58 yaşlı lənkəranlı həkim Rusiya-Ukrayna müharibəsi başlayandan bir il sonra, Ukrayna tərəfindən ixtisası üzrə fəaliyyət göstərmək üçün hərbi xidmətə çağırılıb. Xidmət etdiyi müddət ərzində iki dəfə yaralanıb. Aldığı yaralara görə müalicə edilib və yenidən döyüşlərə qatılıb. Bir neçə gün əvvəl Kupyansk istiqamətində gedən döyüşlər zamanı Rusiya PUA-sının vurduğu zərbə nəticəsində xidməti vəzifəsini yerinə yetirərkən həlak olub. Toyuqlu pizza

Vahab Quliyev 1986-cı ildə Ukraynada Tibb İnstitutuna daxil olub. Moskvada namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi adını alıb.

O, məşhur "Nənələr" folklor klubunun üzvü Xanımbacı Quliyevanın oğludur.

V.Quliyev 30 ilədən çox Ukraynada yaşayıb. Onun nəşinin Azərbaycana gətirilməsi üçün tədbirlər görülür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!