Nepalda daşqınlarda ölənlərin sayı 1252-yə çatdı – 4200-dən çox itkin

saytların hazırlanması

Evə çatdırılma

Nepalda daşqınlarda ölənlərin sayı 1252-yə çatdı – 4200-dən çox itkin

Dünya

03 Sentyabr 2026 13:58 42


Nepalda ötən həftə baş verən güclü daşqınlar nəticəsində ölənlərin sayı 1252-yə yüksəlib, 4200-dən çox insan isə itkin düşüb.

“Yeni Sabah” xəbər verir ki, daşqınlardan ən çox zərər çəkən ərazilərdə ailələr itkin yaxınları üçün simvolik dəfn mərasimləri keçirirlər. Bir çox bölgədə daşqın suları həm insanları, həm də evləri aparıb.

Ən ağır zərər çəkən Rasuva rayonunda ailələr itkin qohumlarının cəsədlərinin tapılmasına ümidlərini itirdikdən sonra dini ayinlər keçiriblər. Çitvan rayonunda isə şəxsiyyəti müəyyən edilməyən cəsədlərdən DNT nümunələri götürüldükdən sonra onlar dəfn edilib. Dördpendirli pizza

Fəlakət nəticəsində yollar, elektrik və rabitə xətləri sıradan çıxıb. Hərbçilər, polis və xilasedicilər axtarış-xilasetmə işlərini davam etdirir, eyni zamanda sığınacaqlarda xəstəliklərin yayılmasının qarşısını almaq üçün tədbirlər görülür.

Qeyd edək ki, fəlakət avqustun 26-da Nepalın Langtanq Lirunq dağında təxminən 5200 metr yüksəklikdə buzlağın çatlaması ilə başlayıb. Ardınca yaranan buzlaq uçqunu və dağıntı axını Nepalın bir neçə rayonunu, eləcə də Çinin Tibet bölgəsindəki sərhəd ərazilərini vurub.

Çində isə daşqınlar nəticəsində 21 nəfərin öldüyü, 541 nəfərin itkin düşdüyü bildirilir. Beləliklə, Nepal və Çində ölənlərin ümumi sayı 1273 nəfərə çatıb.

Aydan Hacı Formanın Yuxarısı

Formanın Aşağısı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!