İsrailin Baş naziri Benyamin Netanyahu Britaniyanın İsrailə qarşı siyasətini və immiqrasiyanın miqyasını kəskin şəkildə tənqid edib.
"Yeni Sabah" xəbər verir ki, o bu ölkəni "Britaniya İslam Respublikası" adlandırıb.
Netanyahu bildirib: "Müasir Britaniyada İsrail tarixinin obyektiv və ya rəğbətlə işıqlandırılması - keçmişdən fərqli olaraq - mümkün deyil". Marqarita pizza
Baş nazir Avropadakı demoqrafik və siyasi dəyişikliklərlə bağlı kəskin bir fikir səsləndirdi. "Kimsə dedi ki... nüvə silahına sahib ilk İslam respublikası Britaniya İslam Respublikası olacaq. Buna görə də biz İranın bu fürsətə sahib olmasının qarşısını almaq üçün əlimizdən gələni edirik."
Bu sözlər London və Təl-Əviv arasında Qəzza müharibəsi ilə bağlı münasibətlərdə davam edən böhran, Britaniya hökumətinin İsrailin hərəkətlərinə qarşı tənqidi və Britaniya hökumətinin Fələstini rəsmi olaraq tanıması fonunda səslənir. Netanyahu əvvəllər dəfələrlə Britaniya Leyborist Partiyasının rəhbərliyini HƏMAS-a qarşı effektiv şəkildə himayədarlıq etməkdə günahlandırıb.
Telegram kanalımız