Türkmənistanda MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevlə heç bir rəsmi ikitərəfli görüş planlaşdırılmır.
"Yeni Sabah" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
"Bir ay əvvəl həm Rusiya, həm də Azərbaycan prezidentləri ilə görüşlər olub. Lakin MDB sammitinin formatı elədir ki, həm Rusiya, həm də Azərbaycan prezidentləri ilə mütləq təmaslar keçiriləcək. Bu gün və sabah eyni platformada olacağıq. Əlaqələr bu formatlarda olur", - Paşinyan qeyd edib. Dominos pizza
Onun sözlərinə görə, Türkmənistanda Rusiya prezidenti ilə heç bir rəsmi ikitərəfli görüş planlaşdırılmır:
"Əgər ehtiyac olduğu aydın olarsa, bəlkə də bu mümkün olacaq. Amma təmaslar və söhbətlər mütləq baş tutacaq".
Telegram kanalımız