Niyə gəlirdin, nəyə gedirsən?

Niyə gəlirdin, nəyə gedirsən?
May 15, 2019
Oxunma sayı: 125

İtaliya mətbuatında verilən xəbərlərə görə, “Neftçi”nin baş məşqçisi Roberto Bordində İtaliya klublarının “gözü var”. Yerli klublar əllərini göyə açıb yalvarırlar ki, Tanrı, göydən Bordin yağdır, biz də nəsibimizə çataq. 

İtaliya mətbuatı Bordini elə şişirdib ki, tanımasaq, bilməsək, inanacağıq mətbuatlarına da, Bordinə də. “Neftçi”ni gümüş medala qovuşduran çalışdırıcısına deyilənlərə görə, italiyalalılar “Allah” kimi baxırlar. Yox, Bordin Allah deyil, Bordin dünyaya göz açan kimi Allahın buyuruğu ilə iməkləyən uşaqdır. Allah “Neftçi” rəhbərliyidir. Necəki Bordin elə o iməkləyən körpəsayağı “Neftçi”yə gələndə dedi ki, “mən transferlərə qarışmıram”. Nəyə gəlmisən bəs? Tutaq ki, taktikanla özünü göstərməyə çalışırdın. Amma taktikan da yox idi. Futbol riski sevir, futbol irəli atılmağı sevir. Bordin isə yadplanetli olduğundan dolayı, müdafiəni sevirdi. 

Yadınıza “Neftçi” camiəsinin yarasına duz basacaq bir olayı salmaq istəyirəm: Avropa Liqasının təsnifat mərhələsində “Neftçi”nin “Uypeşt”lə səfər oyununu. Hesabda 2:1 hesabı ilə geridə olan bir komandanın taktikasını dəyişib müdafiəçini salıb, hücumçunu çıxartmışdı. Söz-söhbətlər hələ onda səngimirdi. Sonra bu “Neftçi” rəhbərliyinin “şirin-şəkər balası”na çevirilən Bordin Azərbaycan çempionatında qələbələri sıraladı. Hamını özünə inandırdı, dedilər yox, bundan nəsə olacaq. Ta ki, Qurban Qurbanovun milli və Avropa Liqasından başı açılana qədər. Ondan sonrasını da bilirsiniz onsuz - “Qarabağ”ın birbaş üstün olduğu liqada “Neftçi” nəsə edə bilmədi. 

Bordinə yaxşı heyət yığılıb verilmişdi. Amma təbii, italiyanlar sökməyi yığmaqdan daha yaxşı bacardıqlarına görə, Bordin də elə onların bir tayı oldu. Məğlubiyyət qazandıqca  “boynu-beli bükülən” çalışdırıcı hər açıqlamasında yalandan vədlər verib, özünü azarkeşlərin qarşısında “sındırmağmağa” çalışırdı. 

Statistikaya gözucu baxaq. “Sumqayıt”ın heyətində legioner var idimi? Yox. Bəs, “Neftçi”nin? Hə. Elə Sansonenin adını çəkmək bəs edəcək. Hansıki, o da italiyalı futbolçu idi və Bordin “yağlı əppəyini” işə salıb onu gətizdirmişdi. Amma “Sumqayıt” legionersiz legionerli “Neftçi”nin ağzı üstündən bir neçə dəfə şillə çəkmişdi. 

Elə götürək sonuncu oyunlarını. “Sumqayıt” “Neftçi”ni öz meydanındaca əməllicə sıxışdırıb, lazımi 3 xalını bəh-bəhlə götürüb getdi. Həmçinin kubok matçında da “Sumqayıt” “Neftçi” üzərində qələbə qazanıb “ağ-qaralar”ı əzişidirib-büzüşdürdü. Hə, harda qalmışdıq. Deməli, hər nə  qədər mən transferlərə qarışmıram desə də, məşqçi yerlibazlığından da qalmırdı. İtaliyalı gələndən sonra bəzi azərbaycanlı futbolçular da Bordinin “qəbuluna” az-az düşməyə başladı. Azarkeşlər “filankəsi də oynat” deməkdən yoruldu, Bordin bildiyindən əl çəkmədi ki, çəkmədi. 

Hələ bizim işbazlardan danışmıram. Göz görə-görə yerli futbolçularımıza torba tikən “ağ-qara” rəhbərliyi indi peşman olub. Əllərində əlacları olsa, italiyalını gedər-gəlməzə göndərərlər, amma bilmirlər. Çünki 1 il daha əcnəbinin müqaviləsi var, vaxtından əvvəl göndərsələr, gərək, təzminat ödəsin. Eybi yox, “Qarabağ” tərəfindən “qazandıqları” 35000 manatı verib üstünə də pul qoyub göndərərlər. Öhdəsindən gəlib, göndərə bilsələr. Bilməsələr, keçən ilki “Uypeşt” tamaşalarından çox izləyəcəyik. Həm də şəhərimizin bütün kassalarından.

Amma bizim mediada da gəzən xəbərlərə görə “Neftçi” idman direktoru Ceyhun Sultanovu göndərir. Nə deyək, yarıtmaz iş sahibi Bordindən görək.

Naibə Məmmədova