Kəlbəcər rayon Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Mətbuat katibi Nuranə Babayeva vəzifəsindən ayrılıb.
“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, o, işdən çıxmaqla bağlı ərizə yazıb.
N.Babayevanın ərizəsi qəbul edilib. Dominos pizza
“2024-cü ilin sentyabr ayından etibarən böyük qürurla icra etdiyim vəzifəmdən ayrılmaq qərarına gəldim. İki ilə yaxın müddətdə Kəlbəcərdə həyata keçirilən tarixi ilk böyük qayıdışın, ilk Şəhər Gününün, ilk festivalın və bir çox digər əlamətdar tədbirlərin təşkili və ictimaiyyətə çatdırılması prosesində yer almaq mənim üçün böyük şərəf idi.
Bu müddət ərzində Kəlbəcərin inkişafı və tanıdılması istiqamətində faydalı işlər görməyə çalışdım. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasının ictimaiyyətə çatdırılmasında kiçik də olsa payımın olmasından qürur duyuram.
Bu şərəfli missiya zamanı Kəlbəcər sakinlərinin dəstəyini və sevgisini daim hiss etdim. Məhz onların dəstəyi sayəsində nə çətin relyef, nə də məhdud şərait gördüyümüz işlərə mane ola bildi. Kəlbəcər ictimaiyyətinin göstərdiyi etimad, dəstək və səmimi münasibət fəaliyyətim boyunca mənə əlavə motivasiya oldu”, - o bildirib.
Qeyd edək ki, Nuranə Babayeva 2024-cü ilin sentyabrında Kəlbəcər rayon Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Mətbuat katibi vəzifəsinə təyin olunmuşdu. O, əvvəllər YAŞAT Fonduna işləyib.
Nazim Hacıyev
Telegram kanalımız