“Oğlum və gəlinim heç sığınacaqda da deyil” - Arif Hacılı

saytların hazırlanması

Evə çatdırılma

“Oğlum və gəlinim heç sığınacaqda da deyil” - Arif Hacılı

Siyasət

24 Sentyabr 2026 16:36 144


“ABŞ-də olan, lakin sığınacağı olmayan şəxslər haqqında müəyyən araşdırmalar aparılıb. Oğlum və gəlinimlə bağlı məsələ də bu qəbildəndir. Bunu həbs adlandırmaq doğru deyil”.

"Yeni Sabah" Teleqraf-a istinadla xəbər verir ki, bunu  Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı bildirib.

O, oğlu Orxan və gəlini Yaqutun ABŞ-də həbs edildiyinə dair yayılan məlumatlara dair qeyd edib: Dominos pizza

"Həbs olunmayıblar, heç sığınacaqda da deyillər. Müəyyən dövrdə onların vizalarının vaxtının keçməsi ilə əlaqədar araşdırmalar olub və məsələ başa çatıb. Əslində bu hadisə sentyabrın əvvəllərində olub. Hər gün onlarla telefonla danışıram, bütün sənəd məsələləri həll olunub. Saxta sənəd hazırlanması tamamilə uydurmadır”.

Arif Hacılı bildirib ki, hazırda ABŞ-dəki vəziyyətə görə bu ölkədə sığınacaq almayan hər kəsin istintaqa cəlb edilməsi mümkündür:

“Onlar da bu kontekstdə istintaqa cəlb olunmuşdular. Sadəcə, onlar hələ də bu ölkədə daimi yaşamaq hüququ əldə etməyiblər”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!