Oliqarx İbrahim Süleymanov Moskvada saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Oliqarx İbrahim Süleymanov Moskvada saxlanıldı

Kriminal

03 Oktyabr 2025 12:02 628


Milyarder İbrahim Süleymanov Moskvada saxlanılıb.

Yenisabah.az xəbər verir ki,  bu  barədə "Baza" teleqram kanalı məlumat yayıb.

Məlumata görə, milyarder qətldə şübhəli bilinir. Belə ki, iş adamı oktyabrın 2-nə keçən gecə saxlanılıb. Dördpendirli pizza

"O, hazırda həbsdədir və müstəntiqlər onun barəsində həbs-qətimkan tədbiri seçilməsini xahiş etmək niyyətindədirlər. Süleymanov müasir Rusiyanın ən müəmmalı və nüfuzlu oliqarxlarından biri hesab olunur. O, əvvəllər dələduzluq və çirkli pulların yuyulmasında təqsirli bilinib, lakin həbsdən sonra da nüfuzunu və hakimiyyətini qoruyub saxlayıb. O, əvvəllər dövlətə məxsus olan “Sirena-Travel” aviaşirkətinin rezervasiya sisteminə nəzarət edib və nəqliyyat, aviasiya və informasiya texnologiyaları kimi əsas sektorlarda nüfuz sahibi olub", - məlumatda qeyd olunub. 

Qeyd edək ki, Süleymanov İbrahim Ameyeviç Rusiya vətəndaşıdır, 29 may 1967-ci ildə Dağıstanın Rutulski rayonunda kəndində anadan olub./"Unikal" 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!