Ömər Rəcəbli Lozannada bürünc medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Ömər Rəcəbli Lozannada bürünc medal qazandı

İdman

29 Avqust 2026 22:58 106


Azərbaycan cüdoçusu Ömər Rəcəbli İsveçrənin Lozanna şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, idmançı üçüncü yer uğrunda görüşdə Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi Georgi Elbakiyevlə üz-üzə gəlib. Marqarita pizza

Rəqibini məğlub edən Ö.Rəcəbli bürünc mükafata sahib çıxıb.

Bu gün mübarizəyə qoşulan Südabə Ağayeva (70 kq), Kamran Süleymanov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq) və Vüsal Qələndərzadə (81 kq) medal qazana bilməyiblər.

Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən turnirdə Azərbaycan 9 çəki dərəcəsində 14 cüdoçu (10 kişi, 4 qadın) ilə təmsil olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!