Bu ilin ilk 9 ayında Azərbaycanda 64 689 nəfərə uşağın anadan olmasına görə birdəfəlik müavinət ödənilib.
Bu barədə "Yeni Sabah"a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, 2026-cı ilin yanvar-sentyabr ayları ərzində 64 689 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq ödəniş edilib. pizza
Müavinət ödənişləri 30 282 nəfər qız, 34 407 nəfər oğlan uşağının anadan olmasına görə aparılıb.
Qeyd edək ki, Azərbaycanda uşağın anadan olmasına görə birdəfəlik müavinətin məbləği hər uşaq üçün 600 AZN-dir.
Aytac Əliyeva
Telegram kanalımız