Onyekuru yenidən “Qalatasaray”da
25 Yan 2021 22:23
528

Onyekuru yenidən “Qalatasaray”da

“Monako”nun futbolçusu Henri Onyekurunun “Qalatasaray”a keçidi rəsmiləşib.

Yenisabah.az xəbər verir ki, klub 24 yaşlı hücumçunu rəsmi saytı vasitəsilə təqdim edib.

Anlaşmaya əsasən, Onyekuru mövsümün sonuna qədər “sarı-qırmızılılar”a icarəyə verilib. Bununla Nigeriya millisinin üzvü üçüncü dəfə “Qalatasaray”da icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, “Cim-bom” onu mövsümün sonunda 4 milyon 350 min avro qarşılığında birdəfəlik transfer edə biləcək.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər