İstanbulun Bakırköy rayonunda yerləşən otellərdən birində yanğın baş verib.
“Yeni Sabah” xəbər verir ki, Cevizlik məhəlləsi Muhasebeci küçəsində yerləşən 6 mərtəbəli otelin birinci mərtəbəsində naməlum səbəbdən yanğın başlayıb.
Qısa müddətdə böyüyən alov yuxarı mərtəbələrə də keçib və binanın xarici fasadını bürüyüb. Pepperoni pizza
Hadisə ilə bağlı əraziyə yanğınsöndürən, polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Otelin yuxarı mərtəbələrində köməksiz vəziyyətdə qalan 7 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib.
Yanğın zamanı 12 nəfər xəsarət alıb. Yaralılara təcili tibbi yardım avtomobillərində ilkin tibbi müdaxilə göstərildikdən sonra onlar xəstəxanaya yerləşdiriliblər.
Təxminən bir saat davam edən müdaxilədən sonra yanğın nəzarətə götürülərək söndürülüb.
Aydan Hacı
Telegram kanalımız