Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Vergi Məcəlləsinə” təklif edilən mühüm dəyişikliklər müzakirə olunaraq parlamentin plenar iclasına tövsiyə edilib. Yeni dəyişiklik qeyri-neft-qaz sektorunda fəaliyyət göstərən özəl sahibkarlara ƏDV-nin depozit hesabındakı vəsaitlərdən Dövlət Sosial Müdafiə Fonduna (DSMF) köçürmələr etmək imkanı yaradacaq.
“Yeni Sabah” xəbər verir ki, bu haqda millət vəkili Vüqar Bayramov məlumat verib. O, bildirib ki, indiyə qədər qüvvədə olan qaydalara görə, sahibkarların ƏDV depozit hesablarında vəsait olsa da, ondan sosial öhdəliklərin (məcburi dövlət sosial sığorta haqlarının) icrası üçün istifadə etmək qeyri-mümkün idi:
“Bu isə biznes subyektlərinin əlavə maliyyə resursları cəlb etməsinə, bəzi hallarda isə vəsait çatışmazlığı səbəbindən sosial ödənişlərin gecikməsinə yol açırdı. pizza mizza
Yeni qaydaların tətbiqi sahibkarlara seçim imkanı verəcək: depozit hesabında sərbəst vəsait olduqda, digər cari resursları sosial ödənişlərə yönəltməyə ehtiyac qalmayacaq.
Təklif olunan dəyişikliklər qəbul edildikdən sonra 2027-ci il yanvarın 1-dən etibarən 4 il müddətinə qüvvədə olacaq.
Bu addım vergi ödəyicilərinin dövriyyə vəsaitlərindən daha səmərəli istifadəsinə, maliyyə yükünün azaldılmasına və qeyri-neft özəl sektorunun stimullaşdırılmasına xidmət edir”.
Cəlalə Cəlalqızı
Telegram kanalımız