Paşinyan bəzi mətləbələri Pezeşkiana başa saldı

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan bəzi mətləbələri Pezeşkiana başa saldı

Dünya

11 Avqust 2025 12:55 388


Regional kommunikasiyalar ölkələrin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası prinsipləri çərçivəsində və qarşılıqlılıq əsasında fəaliyyət göstərəcək.

Yenisabah.az armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İran prezidenti Məsud Pezeşkianla telefon danışığında deyib.

Söhbət zamanı Paşinyan avqustun 8-də Vaşinqtonda keçirilən danışıqların nəticələrini Pezeşkiyana təqdim edib, eyni zamanda Ermənistan və Azərbaycan arasında yaradılmış sülhün region üçün açdığı imkanları qeyd edib. Online alış-veriş

Ermənistanın baş naziri İran prezidentinə Vaşinqton razılaşmalarına obyektiv qiymət verdiyinə görə təşəkkür edib və onun İrəvana gözlənilən səfərinin əhəmiyyətini qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!