Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin beynəlxalq səviyyədə tanınmış ərazisi və anklav kəndlərin hüquqi statusu ilə bağlı növbəti diqqətçəkən bəyanatla çıxış edib.
“Yeni Sabah” xəbər verir ki, baş nazir hökumətin iclasında və parlamentdəki çıxışlarında delimitasiya prosesinə toxunaraq bildirib ki, beynəlxalq hüquqa əsasən tanınan 29 743 kvadratkilometrlik Ermənistan ərazisinə Kərki (Teqar) kəndi və Qazaxın anklav kəndləri daxil deyildir. Paşinyanın sözlərinə görə, SSRİ dövrünün xəritələrinə və hüquqi sənədlərinə əsasən, bu ərazilər Ermənistan SSR-in tərkibində olmayıb.
Bununla yanaşı, hökumət rəhbəri vurğulayıb ki, hazırda Azərbaycanın nəzarətində olan Başkənd (Artsvaşen) kəndi hüquqi baxımdan Ermənistanın suveren ərazisinə aiddir. Dördpendirli pizza
Nazim Hacıyev
Telegram kanalımız