Paytaxtda 10 milyona obyekt satışa çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Paytaxtda 10 milyona obyekt satışa çıxarıldı

Sosial

29 Sentyabr 2026 18:30 132


Paytaxtın mərkəzində iri həcmli kommersiya obyektlərindən biri satışa təqdim olunub.

“Yeni Sabah” xəbər verir ki, “İçərişəhər” metro stansiyası və Axundov bağı yaxınlığında, gediş-gəlişin sıx olduğu baş yol kənarında yerləşən 2 mərtəbəli obyekt üçün 10 milyon manat satış qiyməti müəyyənləşdirilib.

Ümumi sahəsi 1000 kvadratmetr olan daşınmaz əmlakın hər mərtəbəsi 500 kvadratmetrdən ibarətdir və ümumilikdə 15 otaqdan təşkil olunub. Geniş vitrin pəncərələri ilə diqqət çəkən obyektin birinci mərtəbəsi tam təmirli və istifadəyə hazır vəziyyətdədir, ikinci mərtəbədə isə əsas işlər tamamlanıb və alıcının istəyinə uyğun dizayn üçün əlverişlidir. pizza sifarişi

Qeyri-yaşayış çıxarışına malik olan bu məkandan restoran, bank, klinik mərkəz, brend şourum və ya ofis kimi istifadə olunması nəzərdə tutulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!