Paytaxtın bəzi ərazilərində işıq olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Paytaxtın bəzi ərazilərində işıq olmayacaq

Sosial

03 Oktyabr 2026 20:34 88


Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 4-də paytaxtın Nəsimi rayonunda 35/6 kV-luq 96 saylı yarımstansiyada 6 kV-luq 2-ci bölmədə təmir işləri həyata keçiriləcək.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Təmir işləri ilə əlaqədar saat 00:00-dan 02:00-dək Ceyhun Hacıbəyli, Hənifə Ələsgərov, İmran Qasımov, Qulu Quliyev, Mirəli Qaşqay, Mirəsədulla Mirqasımov, Nazim Hacıbəyov küçələri, Azadlıq və Vaqif prospektlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq. Dominos pizza

Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!