16 Avqust - 10:54
Premyer Liqanın açılış matçında “Zirə” “Kəpəz”ə qalib gəldi

Premyer Liqanın açılış matçında “Zirə” “Kəpəz”ə qalib gəldi

İdman

05 Avqust 2022 21:36 648


Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsümə start verilib.

Yenisabah.az xəbər verir ki, turun açılış oyununda "Kəpəz" "Dalğa Arena"da "Zirə" ilə qarşılaşıb və 1:2 hesabı ilə uduzub.

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyinə əsasən Gəncə şəhər stadionunda tribunaların qəzalı vəziyyətdə olduğu üçün "Kəpəz" ev oyununu Bakıda keçirib.

Qeyd edək ki, turun digər oyunları 6-7-8 avqust tarixlərində keçiriləcək.

5 avqust (cümə)

19:30. “Kəpəz” – “Zirə” - 1:2 

Qollar: Mixeil Erqemlidze, 45+1, Sertan Taşkın, 90+4 - Mohamed Hamdaui, 32

Qırmızı vərəqə: Dmitrios Çantakias, 83-birbaşa qırmızı vərəqə ("Zirə")

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov

“Dalğa Arena”

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!