Prezidentin vəzifə verdiyi Osman Xaliyev KİMDİR?

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin vəzifə verdiyi Osman Xaliyev KİMDİR?

İqtisadiyyat

07 Sentyabr 2026 14:21 493


Prezident İlham Əliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinə sədr təyin olunması haqda sərəncam imzalayıb. Sərəncamla Osman İsmayıl oğlu Xaliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri təyin edilib.

“Yeni Sabah” Osman Xaliyevlə bağlı maraqlı məlumatları təqdim edir:

Osman Xaliyev 1985-ci ildə Sumqayıt şəhərində anadan olub. Toyuqlu pizza

2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini “İqtisadi kibernetika” ixtisası üzrə bakalavr, 2010-cu ildə isə “İdarəetmənin informasiya texnologiyası” üzrə magistratura pilləsini bitirib. 2012-2014-cü illərdə ABŞ-ın Brandeis Universitetində MBA ixtisası üzrə təhsil alıb.

O. Xaliyev 2010-2012-ci illərdə "Access Bank" QSC-də əməliyyatlar üzrə mütəxəssis, Azərbaycan Respublikasının Mərkəzi Bankında mütəxəssis olaraq fəaliyyət göstərib. 2014-2015-ci illərdə ABŞ-ın Boston şəhərində yerləşən “Global Atlantic Partners LLC” şirkətində məsləhətçi vəzifəsində çalışıb.

2016-2020-ci illərdə kənd təsərrüfatı və qida sənayesi sahələrində fəaliyyət göstərən bir sıra şirkətlərdə biznesin inkişafı üzrə menecer və direktor vəzifələrini icra edib.

2021-ci ildə Mikayıl Cabbarovun müvafiq əmri ilə Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədri vəzifəsinin icrası müvəqqəti olaraq Osman Xaliyevə həvalə olunub.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!