Qapıdakı kölgə: Onlar obyektinizi həqiqətən qoruyurlar?

saytların hazırlanması

Evə çatdırılma

Qapıdakı kölgə: Onlar obyektinizi həqiqətən qoruyurlar?

Sosial

09 Avqust 2026 09:33 355


Son dövrlər sosial şəbəkələrdə mühafizəçi vakansiyaları ilə bağlı elanların sayı artıb. Bu elanlarda əksər hallarda namizədlər üçün yalnız hərbi xidmət keçməsi, müəyyən boy həddi və yaş məhdudiyyəti kimi tələblər göstərilir.

Bəs insanların və əmlakın təhlükəsizliyini etibar etdiyimiz şəxslərin seçimi doğrudanmı bu qədər sadə meyarlarla aparılmalıdır? Mühafizə xidmətində işləyəcək şəxslərin peşəkarlığı, psixoloji hazırlığı və etibarlılığı necə qiymətləndirilir?

“Yeni Sabah”a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev məsələ ilə bağlı açıqlama verib. pizza hut

“Qeyri-dövlət özəl mühafizə fəaliyyəti qanunla tənzimlənir. Bəs hansı qanunla? Bu fəaliyyət "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin qanunda mühafizə fəaliyyətini həyata keçirən müəssisələrin vəzifə və öhdəlikləri, eləcə də mühafizəçilərə dair tələblər öz əksini tapıb. Özəl mühafizə fəaliyyəti "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında" Qanunla yanaşı, Azərbaycan Respublikasının Konstitusiyası, digər normativ hüquqi aktları və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirilir”, - deyə ekspert bildirib.

Bəs mühafizə fəaliyyəti nələri əhatə edir və onun əsas prinsipləri hansılardır?

E.Nurəliyev qeyd edib ki, özəl mühafizə fəaliyyəti qanunçuluq, humanizm, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət prinsipləri əsasında həyata keçirilir:

“Qanunda həmçinin mühafizəçilərə dair tələblər də müəyyən edilib. Kimlər mühafizəçi işləyə bilər, kimlər isə işləyə bilməz – bunların hamısı qanunda öz əksini tapıb. Yəni qanunda göstərilən tələblərə uyğun olan şəxslər mühafizəçi kimi fəaliyyət göstərə bilərlər. Qanunun 9-cu maddəsinə əsasən, mühafizəçi kimi yalnız 20 yaşına çatmış, mühafizəçilər üçün xüsusi hazırlıq kursunu bitirmiş, Azərbaycan Respublikasının vətəndaşı olan şəxslər işləyə bilər.

Belə şəxslər müvafiq qeyri-dövlət özəl mühafizə fəaliyyəti ilə məşğul olan müəssisələrə müraciət edir və əgər qanunda nəzərdə tutulmuş meyarlara cavab verirlərsə, mühafizəçi kimi işə qəbul olunurlar”.

Onun sözlərinə görə, qanunda kimlərin mühafizəçi işləyə bilməyəcəyi də göstərilib:

“Alkoqolizmə, narkomaniyaya düçar olmuş şəxslər, ruhi xəstəlikləri olan şəxslər, sağlamlığı ilə bağlı tələb olunan tibbi arayışı təqdim etməyənlər, fəaliyyət qabiliyyəti məhkəmə qərarı ilə məhdudlaşdırılmış və ya fəaliyyət qabiliyyətsiz hesab edilmiş şəxslər mühafizəçi kimi işə qəbul edilə bilməzlər.

Bundan əlavə, qəsdən ağır və xüsusilə ağır cinayətlər törətmiş, yaxud bu cinayətlərə görə məhkum olunmuş şəxslər də mühafizəçi kimi fəaliyyət göstərə bilməzlər. Yəni bu fəaliyyət tam şəkildə qanunla tənzimlənir. Ona görə də yaxşı olar ki, obyektlər, müəssisələr, idarələr, təşkilatlar, zavodlar, fabriklər və ümumilikdə iqtisadiyyatın bütün sahələri obyektlərinin mühafizəsini təmin etmək istədikdə bunu yalnız lisenziyalı mühafizə müəssisələrinə etibar etsinlər”.

Ekspert açıqlayıb ki, lisenziyalı mühafizə müəssisələri rəsmi fəaliyyət göstərdiklərinə görə onların əməkdaşları psixoloji və mənəvi hazırlıq, fiziki hazırlıq, peşə hazırlığı, texniki biliklər, əməyin mühafizəsi və digər vacib istiqamətlər üzrə müvafiq hazırlıq keçirlər:

“Bundan əlavə, onların hüquq və vəzifələri, məsuliyyətləri və öhdəlikləri qanunvericiliklə müəyyən edilir. Yəni lisenziyalı mühafizə müəssisələri bu sahənin peşəkarlarıdır və mühafizə xidmətini peşəkar şəkildə həyata keçirirlər. İqtisadiyyatın yuxarıda sadalanan bütün sahələri məhz belə müəssisələrə müraciət edə bilərlər. Əks halda, müəssisə daxilində yalnız nəzarətçi və ya gözətçi kimi daxili bölmə yaradılarsa və bununla mühafizə fəaliyyəti həyata keçirilməyə çalışılarsa, həmin xidmətin peşəkarlıq səviyyəsi sual doğura bilər. Belə hallarda oğurluq və soyğunçuluq hallarının qarşısının alınması, obyektdaxili rejimin təşkili, obyektə qanunsuz daxil olmaq istəyən şəxslərin qarşısının alınması və digər təhlükəsizlik məsələlərinin peşəkar səviyyədə təmin olunması çətinləşə bilər. Buna görə də lisenziyalı mühafizə müəssisələri daha etibarlıdır və obyektlərin mühafizəsinin yüksək səviyyədə təşkil olunması üçün məhz onlara müraciət etmək məqsədəuyğundur”.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!