“Qarabağ” növbəti transferini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” növbəti transferini açıqladı

İdman

16 İyun 2026 20:27 159


"Qarabağ" futbol klubu növbəti transferini gerçəkləşdirib.

"Yeni Sabah" kluba istinadən xəbər verir ki, Portuqaliyanın "Portimonense" klubu ilə danışıqlar müsbət nəticələnib və Samuel Lobato "Qarabağ"a keçib.

24 yaşlı portuqaliyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. O, komanda 28 nömrəli formanı geyinəcək. Marqarita pizza

2025-ci ildən "Portimonense"də çıxış edən orta sahə oyunçusu ilk dəfə legioner həyatı yaşayacaq. Lobato 2015-2021-ci illər aralığında Portuqaliyanın məşhur "Sportinq" klubunun akademiyasında yetişib. O, karyerası ərzində həmçinin "Famalikao", B SAD və "Tondela" klublarında da çıxış edib.

Qeyd edək ki, Samuel Lobato yay transfer pəncərəsində komandaya qoşulan üçüncü futbolçudur. Onadək Jali Mauddib və Zakaria Savonun keçidi rəsmiləşmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!