“Qarabağ” UEFA Konfrans Liqasında mübarizəni dayandırdı

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” UEFA Konfrans Liqasında mübarizəni dayandırdı

İdman

27 Avqust 2026 23:06 103


"Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.

"Yeni Sabah" xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-off mərhələsinin cavab oyununda Niderlandın "Tvente" klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmanın əsas vaxtı qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. pizza mizza

59-cu dəqiqədə "Qarabağ"ın heyətində Kadi Borges fərqlənərək hesabı açıb. "Tvente" 80-ci dəqiqədə Marko Pyatsanın qolu ilə tarazlığı bərpa edib. 90+2-ci dəqiqədə Maks Brüns qonaqların ikinci qolunu vurub.

Niderlandda keçirilən ilk oyunda Azərbaycan təmsilçisi 1:0 hesabı ilə qalib gəldiyindən qarşılaşmada əlavə vaxta ehtiyac yaranıb.

94-cü dəqiqədə Vaut Veqhorst "Tvente"nin daha bir qoluna imza atıb. 106-cı dəqiqədə Marko Yankoviç qırmızı vərəqə alaraq "Qarabağ"ı azlıqda qoyub. 115-ci dəqiqədə Yunes Taha hesabı 1:4-ə çatdırıb.

Beləliklə, iki oyunun nəticəsinə görə 4:2 hesabı ilə qalib gələn "Tvente" növbəti mərhələyə yüksəlib.

Ardıcıl 12 mövsüm avrokubokların əsas mərhələsində mübarizə aparan "Qarabağ"ın bu uğurlu seriyası isə başa çatıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!