“Qarabağ” futbolçusu Abdullah Zubirlə yollarını ayırıb.
“Yeni Sabah” xəbər verir ki, Ağdam klubu bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib.
Klub 34 yaşlı yarımmüdafiəçiyə göstərdiyi xidmətlərə görə təşəkkür edib: Sezar pizza
“Qarabağ” formasında keçirdiyin illər, meydandakı mübarizən, etdiyin kapitanlıq, qolların və komandamıza verdiyin töhfələr üçün təşəkkür edirik. Hər şey üçün təşəkkürlər, Abdullah Zubir!”
Qeyd edək ki, Zubir karyerasını Qətərin “Əl-Şahaniya” klubunda davam etdirəcək.
O, 2018-ci ildən “Qarabağ”da oynayırdı.
Telegram kanalımız