“Qarabağ”da itkilər: Azı 3 ay oynamayacaq

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”da itkilər: Azı 3 ay oynamayacaq

İdman

25 Avqust 2026 17:54 80


"Qarabağ" zədəli futbolçuları Pedro Bikalyo, Elvin Cəfərquliyev, Zakaria Savo və Renaldo Sefasın durumu haqda məlumat yayıb.

"Yeni Sabah" xəbər verir ki, Pedro Bikalyonun zədəsi tam sağalıb. Yarımmüdafiəçi artıq komanda ilə məşqlərə qoşulub.

Renaldo Sefasın müalicəsi davam edir. Oyunçunun bərpa prosesində müsbət dinamika müşahidə olunur və onun "Tvente" ilə UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda heyətdə yer almaq ehtimalı var. Sefasın qarşılaşmada meydana çıxması ilə bağlı yekun qərar isə futbolçunun son vəziyyəti nəzərə alınmaqla veriləcək. pizza

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Dinamo" (Kiyev) ilə keçirilən cavab qarşılaşmasında zədələnən Elvin Cəfərquliyev əməliyyat olunacaq. Avqustun 13-də keçirilən qarşılaşmada zədə alan futbolçunun klinik müayinəsi və maqnit-rezonans tomoqrafiyasının (MRT) nəticələrinə əsasən, sol budun arxa əzələ qrupuna (hamstring) daxil olan yarımvətərli əzələnin (m. semitendinosus) distal vətərində zədələnmə müəyyən edilib.

İlkin mərhələdə konservativ müalicə və reabilitasiya tədbirləri həyata keçirilsə də, gözlənilən müsbət dinamika müşahidə olunmayıb. Avropalı mütəxəssislərlə aparılan əlavə konsultasiyalardan sonra futbolçunun cərrahi əməliyyat olunmasına qərar verilib.

İlkin proqnoza əsasən, Elvin Cəfərquliyevin tam bərpası və futbol fəaliyyətinə qayıtması təxminən 3 ay çəkəcək. Bərpa müddəti reabilitasiya prosesinin gedişindən asılı olaraq dəyişə bilər.

Zakaria Savonun bərpa prosesi isə davam edir. Onun təxminən 3-5 həftə ərzində komandanın sərəncamında olması gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!