“Qarabağ”dan yeni transfer

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”dan yeni transfer

İdman

25 İyun 2026 20:25 72


2026/27 mövsümünün transfer çalışmalarını davam etdirən "Qarabağ" futbol klubu növbəti transferini elan edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Rusiyanın "Pari Nijni Novqorod" klubu ilə danışıqlar uğurla yekunlaşıb və yamaykalı Renaldo Sefas "Qarabağ"a transfer olunub. Dominos pizza

Cinah vingeri, həmçinin mərkəz hücumçusu kimi çıxış edən futbolçu ilə üçillik müqavilə imzalanıb. 26 yaşlı yamaykalı 2029-cu ilin yayına qədər komandanın formasını geyinəcək.

Yamaykada "Arnett Qardens"in formasını geyinmiş Renaldo Şimali Makedoniyada "Şkupi", Türkiyədə "Ankaragücü" klublarında çıxış edib və 2025-ci ilin yayında Rusiya təmsilçisinə keçib.

2023-cü ildən Yamayka millisinin futbolçusu olan Sefas 21 oyunda 1 qol vurub. O, 2024-cü ildə KONKAKAF Millətlər Liqasının bürünc mükafatçısı olub.

Qeyd edək ki, Renaldo Sefas yay transfer pəncərəsində Ağdam təmsilçisinin altıncı transferidir. Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa və Martin Zlomisliç "Qarabağ"a qoşulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!