“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ bəlli oldu

İdman

28 Avqust 2026 16:31 104


“Qarabağ”ın heyətinə cəlb etdiyi 2 yeni transferə ödənilən təzminat məbləği məlum olub.

"Yeni Sabah" qol.az-a istinadla xəbər verir ki, Ağdam klubu nigeriyalı vinger Taofik İsmahil və almaniyalı vinger Reda Xadranı heyətinə qatıb

. Hər iki futbolçu komandaya hücum xəttini gücləndirmək üçün gətirilib. Dördpendirli pizza

Taofik İsmahil Polşanın “Qurnik” (Zabje) klubundan transfer olunub. 26 yaşlı forvardla 3 illik müqavilə imzalanıb. 

Onun üçün 1,2 milyon avro (2,5 milyon manat) təzminat ödənilib.

Nigeriyalı hücumçu karyerası ərzində Norveçin “Şeyd”, “Fredrikstad”, “Volorenqa”, Fransanın “Loryan”, Belçikanın “Beveren” və Polşanın “Lex” klublarında da çıxış edib.

“Qarabağ”ın digər yeni transferi Reda Xadra isə Fransanın “Reyms” klubundan gəlib. 25 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb. Xadra komandada 10 nömrəli forma ilə çıxış edəcək.

Reda Xadra üçün də 1 milyon avro təzminat ödənilib.

Dortmund “Borussiya”sının yetirməsi olan bu futbolçu daha əvvəl “Brayton”, “Birminhem”, “Şeffild Yunayted”, “Blekbern” və “Havr”ın da formasını geyinib. O, Almaniyanın U-18 və U-21 milli komandalarında da çıxış edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!