Ölkə ərazisində müşahidə olunan yağışlı və küləkli hava şəraiti ilə əlaqədar dəmir yollarında təhlükəsizlik tədbirləri gücləndirilib.
“Yeni Sabah” xəbər verir ki, Azərbaycan Dəmir Yolları (ADY) hava şəraitinin yarada biləcəyi çətinliklərin aradan qaldırılması məqsədilə müvafiq tədbirlər görür.
Hazırda əməkdaşlar tərəfindən bütün ərazilərə nəzarət edilir. Qatarların hərəkəti qrafik üzrə davam etdirilir. Marqarita pizza
ADY sərnişinləri yağışlı və küləkli hava şəraitində görmə məsafəsinin məhdudlaşa, yer səthinin isə sürüşkən ola biləcəyi barədə xəbərdar edib.
Sərnişinlərə platformalarda hərəkət edərkən və dəmiryol keçidlərindən keçərkən diqqətli olmaları tövsiyə olunur.
Aytac Əliyeva
Telegram kanalımız